Bosniya və Herseqovinanın Zenitsa şəhərində təlim-məşq toplanşında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması hazırlıq çərçivəsində növbəti yoxlama oyununu keçirib. Matc.az saytının məlumatına görə, komandamız Bosniya və Herseqovinanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Oyunda qalib müəyyənləşməyib. Qarşılaşma 0:0 hesabı ilə baş çatıb.

Qeyd edək ki, bu yığmalar arasında ilk matçda millimiz 0:3 hesabı ilə uduzub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest