"Aston Villa" yarımmüdafiəçi Con Makqinnin müqaviləsinin müddətini uzadıb.

Matc.az xəbər verir ki, bu barədə Premyer Liqa klubunun mətbuat xidməti məlumat yayıb.

Birmingem təmsilçisi Şotlandiya millisinin üzvü ilə 2028-ci ilin yayına kimi nəzərdə tutulan sözləşmə imzalayıb.

Qeyd edək ki, "Aston Villa" Con Makqinni 2018-ci ilin yayında "Hibernian"dan transfer edib. 31 yaşlı futbolçu bu mövsüm komandanın heyətində keçirdiyi 14 oyunda 3 qol vurub, 1 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest