05 Noyabr 2025, 19:11
FUTBOL
"Fiorentina" Roberto Mançinini baş məşqçi təyin etməyi düşünür.
Matc.az xəbər verir ki, bu barədə məlumatı insayder Nikolo Şira paylaşıb.
Bildirilir ki, tərəflər arasında hələlik danışıqlar aparılmayıb, lakin klubun artıq mütəxəssis haqqında məlumat istədiyi qeyd edilir.
Mançinidən başqa, "Torino"nun keçmiş məşqçisi Paolo Vanoli də bu vəzifəyə namizədlər arasındadır.
Qeyd edək ki, Mançini 2018-ci ildə Rusiyanın "Zenit" klubundan ayrıldıqdan sonra heç bir klubda məşqçilik etməyib. Daha sonra o, İtaliya və Səudiyyə Ərəbistanı milli komandalarını çalışdırıb.
"Fiorentina" noyabrın 4-də baş məşqçi Stefano Piolini ilə yollarını ayırıb.










_1762360334.jpg)

