FIFA sülh və birlik uğrunda mübarizədə görkəmli nailiyyətləri qiymətləndirmək üçün Sülh mükafatı təsis edib.

Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FIFA) sülh və birlik uğrunda mübarizədə görkəmli nailiyyətləri qiymətləndirmək üçün Sülh mükafatı təsis edib.

Matc.az xəbər verir ki, bu barədə FIFA-nın mətbuat xidməti məlumat yayıb.

İlk mükafat sahibinə 5 dekabrda 2026-cı il dünya kubokunun püşkatması zamanı FIFA prezidenti Canni İnfantino tərəfindən veriləcək.

Mükafat hər il əzmkar sədaqəti və nümunəvi hərəkətləri ilə insanları sülh uğrunda bir araya gətirən şəxslərə təqdim olunacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest