"Nottingem Forest" rəhbərliyi baş məşqçi Ange Postekoğlunun istefa verdiyini açıqlayıb.

Matc.az xəbər verir ki, avstraliyalı məşqçi bu vəzifədə cəmi 40 gün çalışıb, bundan sonra klub qeyri-qənaətbəxş nəticələrə görə onun işinə xitam vermək qərarına gəlib.

Postekoğlou 2025-ci il sentyabrın 9-da "Nottingem Forest"i təhvil alıb, lakin komandanın performansını yaxşılaşdıra bilməyib. Onun işlədiyi müddətdə komanda bir dəfə də olsun qələbə qazana bilməyib və bir sıra uğursuz matçlar klubun böhranını daha da dərinləşdirib.

Rəhbərlik üçün son hədd "Çelsi"yə 3:0 hesablı məğlubiyyət oldu və bu, azarkeşlərin açıq narazılığına gətirib çıxardı.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest