"Real"ın baş məşqçisi Xabi Alonso La Liqanın qarşılaşmanın ABŞ-da keçirilməsi ilə bağlı qərarına etiraznını açıqlayıb.

Matc.az xəbər verir ki, Alonso bu qərarı bəyənmədiyini bildirib.

"Mənim fikrim iki ay əvvəl olduğu kimi qalır. Biz bunun əleyhinəyik. Hesab edirik ki, bu, rəqabəti korlayır. Bu matçın təşkili ilə bağlı etirazlar normaldır, çünki onlar bir çox klubların fikrini əks etdirir. Bütün klublar öz mövqelərində yekdildir".

Daha əvvəl İspaniya Futbolçular Assosiasiyası (AFE) futbolçuların La Liqanın 9-cu turunun bütün oyunlarının başlanğıcında qarşılaşmanın ABŞ-da təşkil edilməsi qərarına simvolik olaraq etiraz edəcəklərini açıqlamışdı.

Qeyd edək ki, 17-ci turun "Vilyarreal" – "Barselona" qarşılaşmasının Mayamidə keçiriləcəyi bildirilib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest