17 Oktyabr 2025, 23:54
FUTBOL
"Mançester Yunayted"in baş məşqçisi Ruben Amorim komandasının ümumi keyfiyyətdə "Liverpul"la fərqi aradan qaldırmağa qadir olub-olmadığını cavablandırıb.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "Sky Sports" paylaşıb.
"Bilmirəm, bəzən hər şey çox tez dəyişir. İstənilən matçda qalib gələ bilərik, ona görə də ən vacibi yalnız növbəti oyun haqqında düşünməkdir. "Liverpul" ilə eyni səviyyəyə çatmaq üçün mübarizə aparacağıq. Məqsədimiz budur. Bunun nə qədər vaxt aparacağını bilmirəm", - deyə Amorim açıqlama verib.
"Mançester Yunayted" Premyer Liqanın cari mövsümünün 7 oyunundan sonra 10 xal toplayıb və hazırda 10-cu yerdədir.