Tanınmış ispan məşqçi Rafael Benites Yunanıstanın "Panatinaikos" klubunu çalışdıracaq.

Matc.az xəbər verir ki, bu barədə "Sport24.gr" məlumat yayıb.

Bildirilir ki, 65 yaşlı məşqçi danışıqları yekunlaşdırmaq və müqavilə imzalamaq üçün artıq Afinaya gəlib.

Tərəflər arasında 2,5 illik müqavilə imzalanacağı və ispaniyalının mövsümdə 5 milyon avro qazanacağı gözlənilir.

Benitesin son məşqçi vəzifəsi 2024-cü ildə tərk etdiyi "Selta"da olub.

O, həmçinin Çempionlar Liqasının qalibi olduğu "Liverpul", "Valensiya" və "Çelsi", Avropa Liqasının qalibi olduğu, "Napoli", "Real", "Nyukasl", "Everton" və bir neçə başqa klubu çalışdırıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest