18 Oktyabr 2025, 12:36
FUTBOL
Serbiya Futbol Assosiasiyası (FSS) millinin baş məşqçisi Draqan Stoykoviçin istefasını təzminatsız qəbul edib.
Matc.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Bu, Serbiyanın DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində evdə Albaniyaya 0:1 hesabı ilə uduzduqdan son baş verib. Stoykoviç rəhbərliyə istefa ərizəsini təqdim etmişdi.
Qeyd edək ki, Stoykoviç 2021-ci ilin martından Serbiya millisini çalışdırırdı. Onun rəhbərliyi altında komanda 55 oyun keçirib, 26 qələbə qazanıb, 14 heç-heçə edibvə 15 dəfə uduzub.