"İnter"in idman direktoru Piero Ausilio braziliyalı hücumçu Neymarın kluba keçə biləcəyi ilə bağlı şayiələri, eləcə də özünün "Əl-Hilal"a keçəcəyi ilə bağlı yayılan xəbərləri qətiyyətlə təkzib edib.

Matc.az xəbər verir ki, bu baədə məlumatı "Corriere dello Sport" paylaşıb.

"Neymar "İnter"ə keçəcək? Xeyr, bu cəfəngiyyatdır. Biz danışmamışıq, heç kim ona heç nə təklif etməyib. Vəziyyətimdən razıyam və 2027-ci ilə qədər müqaviləm var. Əvvəllər mənə daha yaxşı variantlar təklif olunub, amma hələ də getməmişəm. Hər şeydən imtina etmək olar", - Ausilou deyib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest