13 Avqust 2025, 13:15
ÇEMPİONLAR LİQASI
"Məqsədimiz bu mərhələni də adlamaqdır. Çempionlar Liqasının qrup mərhələsinə düşmək istəyirik. “Qarabağ” güclü komandadır, amma məğlubedilməz deyil".
"Ferentsvaroş" UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Ludoqorets"i məğlub edərək (0:0, 3:0) növəbti raunda yüksəlib.
Matc.az xəbər verir ki, Macarıstan təmsilçisi pley-offda "Qarabağ"la qarşılaşacaq.
"Ferentsvaroş"un yarımmüdafiəçisi Bençe Etvöş "Ludororets"lə oyundan sonra açıqlama verib. 27 yaşlı futbolçu hədəflərinin liqa mərhələsinə vəsiqə qazanmaq olduğunu deyib:
"Məqsədimiz bu mərhələni də adlamaqdır. Çempionlar Liqasının liqa mərhələsinə düşmək istəyirik. “Qarabağ” güclü komandadır, amma məğlubedilməz deyil".