13 Avqust 2025, 11:33
ÇEMPİONLAR LİQASI
Azərbaycan çempionunun ilk matçı səfərdə baş tutacaq. Avqustun 19-da "Groupama Arena"da təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"ın "Ferentsvaroş"la keçirəcəyi oyunların vaxtı məlum olub.
Matc.az xəbər verir ki, Azərbaycan çempionunun ilk matçı səfərdə baş tutacaq. Avqustun 19-da "Groupama Arena"da təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Cavab görüşü isə 27 avqust tarixində keçiriləcək. Oyun Tofiq Bəhramov adına Respublika Stadionunda olacaq və saat 20:45-də start götürəcək.