UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinə yekun vurulub.

Matc.az xəbər verir ki, "Fənərbaxça" doğma meydanda "Feyenord"u qəbul edib. Qarşılaşma İstanbul təmsilçisinin 5:2 hesablı qqələbəsi ilə yekunlaşıb.

İki görüşün nəticəsinə əsasən 6:4 hesablı üstünlük əldə edən Türkiyə klubu pley-offa yüksəlib. "Fənərbaxça" bu raundda "Benfika" ilə üz-üzə gələcək.

"Fənərbaxça" - "Feyenord" 5:2
Qollar:
Arçi Broun, 44, Con Duran, 45+2, Fred, 55, Yussef En-Nesiri, 83, Anderson Talişka, 90+6 - Tsuyoşi Vatanabe, 41, 89

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest