Elxan Məmmədov UEFA-nın Ədalətli Oyun və Sosial Məsuliyyət Komitəsinin sədri vəzifəsinə seçilib. Bununla bağlı UEFA-dan AFFA-ya rəsmi məlumat daxil olub.

Mayın 29-da Bakıda ilk dəfə UEFA İcraiyyə Komitəsinin iclası keçirilib. Matc.az saytı xəbər verir ki, iclasda bir sıra qərarlar qəbul olunub.

Həmçinin Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) baş katibi Elxan Məmmədov UEFA-nın Ədalətli Oyun və Sosial Məsuliyyət Komitəsinin sədri vəzifəsinə seçilib. Bununla bağlı UEFA-dan AFFA-ya rəsmi məlumat daxil olub.

Qeyd edək ki, Elxan Məmmədov 2008-ci ildən etibarən qeyd olunan komitədə sədr müavini vəzifəsində çalışırdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest