"Roma"nın yarımmüdafiəçisi Leandro Paredes yetirməsi olduğu "Boka Xuniors"a qayıdıb.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Argentina millisi ilə dünya çempionu olmuş futbolçu Buenos Ayres təmsilçisi ilə 2028-ci ilin sonuna kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Qeyd edək ki, Leandro Paredes ötən mövsüm "Roma"nın heyətində keçirdiyi 33 oyunda 4 qol vurub, 2 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest