11 İyul 2025, 17:23
FUTBOL
UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Araz-Naxçıvan"ın rəqibi olan "Aris" növbəti transferini rəsmiləşdirib.
Matc.az xəbər verir ki, Yunanıstan təmsilçisi Fredrik Yenseni heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Son klubu "Auqsburq" olan finlandıyalı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, "Araz-Naxçıvan"la "Aris" arasındakı ilk oyun iyulun 24-də Bakıda baş tutacaq. Cavab görüşü isə 1 həftə sonra Yunanıstanda keçiriləcək.