11 İyul 2025, 14:31
FUTBOL
"Kristal Pelas" "Ayaks"dan müdafiəçi Borna Sosanı transfer edib.
Matc.az xəbər verir ki, bu barədə Premyer Liqa klubunun mətbuat xidməti məlumat yayıb.
"Kristal Pelas" Xorvatiya millisinin üzvü üçün Niderland klubuna 3,4 milyon avro təzminat ödəyib. 27 yaşlı sol cinah müdafiəçisi ilə 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Borna Sosa ötən mövsüm icarə əsasında "Torino"da çıxxış edib.