DAVIE SELKE

"Başakşehir" heyətinə yeni hücumçu cəlb edib.

Matc.az xəbər verir ki, İstanbul təmsilçisi "Hamburq"la müqaviləsi başa çatan Deyvi Selkeni rənglərinə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Başakşehir" almaniyalı forvardla 2 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Deyvi Selke ötən mövsüm "Hamburq"un heyətində keçirdiyi 33 oyunda 23 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest