11 İyul 2025, 12:41
MPL
Albaniyalı hücumçu ilə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
"Qarabağ"dan ayrılan Redon Cicanın "SSPA Şabab Riadi Beluizdad"a keçidi tamamlanıb.
Matc.az xəbər verir ki, bu barədə Əlcəzair klubunun mətbuat xidməti məlumat yayıb.
Albaniyalı hücumçu ilə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, "Qarabağ" Redon Cicanı 2023-cü ilin yanvar ayında "Tirana"dan transfer etmişdi. 26 yaşlı forvard ötən mövsüm Ağdam təmsilçisinin heyətində keçirdiyi 21 oyunda 5 qol vurub.