"Bayer" "Albasete"nin hücumçusu Kristian Kofaneni transfer edib.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Almaniya klubu kamerunlu forvard üçün İspaniya 2-ci Liqa təmsilçisinə 5 milyon avro təzminat ödəyib. 18 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Kristian Kofane ötən mövsüm "Albasete"nin heyətində keçirdiyi 20 oyunda 8 qol vurub, 1 qqol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest