11 İyul 2025, 18:16
FUTBOL
PSV "AZ Alkmar"ın futbolçusu Ruben van Bommeli transfer edib.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Eyndhoven təmsilçisi niderlandlı vinger üçün onun klubuna 16 milyon avro təzminat ödəyib. 20 yaşlı oyunçu ilə 5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Ruben van Bommel ötən mövsüm "AZ Alkmar"ın heyətində keçirdiyi 34 oyunda 10 qol vurub, 5 qol ötürməsi edib. O, Niderland millisinin sabiq üzvü Mark van Bommelin oğludur.