"Real"ın futbolçusu Viktor Munyos "Osasuna"ya keçəcək.

Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Artıq klublar arasında razılıq əldə olunub. "Osasuna" 21 yaşlı vinger üçün "kral klubu"na 5 milyon avro təzminat ödəyəcək.

Qeyd edək ki, Viktor Munyos ötən mövsüm "Real"ın B komandasında çıxış edib. Baş məşqçi Xabi Alonso ispaniyalı oyunçunu klublararası dünya çempionatında əsas komandaya cəlb edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest