04 İyul 2025, 14:59
FUTBOL
"Atletiko"nun futbolçusu Rodriqo Rikelme La Liqada klubunu dəyişib.
Matc.az xəbər verir ki, "Betis" ispaniyalı vingeri transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Betis" Rikelme üçün qarşı tərəfə 8 milyon avro təzminat ödəyib. 25 yaşlı oyunçu ilə 5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Rodriqo Rikelme ötən mövsüm "Atletiko"nun heyətində keçirdiyi 26 oyunda 1 qol vurub, 1 qol ötürməsi edib.