Bu gün Misli Premyer Liqasında qış fasiləsinə yekun vurulub.
Matc.az xəbər verir ki, çempionatın ikinci hissəsinə Bakıda start verilib.
Belə ki, 19-cu turun açılış matçında “Qarabağ” “Şamaxı”nı qəbul edib. Beş qol vurulan qarşılaşmadan Ağdam təmsilçisi qalib ayrılıb.
Qeyd edək ki, “Qarabağ” hazırda turnir cədvəlinə başçılıq edir. “Şamaxı” isə 7-ci yerdə qərarlaşıb.
Misli Premyer Liqası
XIX tur
17 yanvar
“Qarabağ” – “Şamaxı” - 3:2
Qollar: Nəriman Axundzadə, 4 Aleksey Kaşuk, 29, Cəlal Hüseynov, 72 (aq) // Belajdi Pusi, 14, Brahim Konate, 39
Tofiq Bəhramov adına Respublika stadionu. Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Asiman Əzizli, Fərid Hacıyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Eyyub İbrahimov.
“Qarabağ”: 1. Şahrudin Məhəmmədəliyev (k), 30. Abbas Hüseynov, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 81. Kevin Medina, 8. Marko Yankoviç, 2. Mateus Silva, 6. Julio Romao, 15. Leandro Andrade, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai
Ehtiyat oyunçular: 97. Fabian Buntiç, 99. Mateus Koxalski, 20. Riçard Almeyda, 24. Aleksey İsayev, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 22. Musa Qurbanlı, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 66. Patrik Andrade, 19. Redon Cica
Baş məşqçi: Qurban Qurbanov
“Şamaxı”: 1. Rikardo Fernandes, 17. Rafael Məhərrəmli, 5. Arsen Ağcabəyov (k), 18. Cəlal Hüseynov, 6. Rauf Rüstəmli, 82. Rüfət Abbasov, 24. Edqar Adilxanov, 93. Brahim Konate, 30. Andrey Tirkoveanu, 9. Belajdi Pusi, 66. Vasiliye Bakiç
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 62. Abdulla Seydəhmədov, 60. Səbayıl Bağırov, 10. Emin Zamanov, 14. Vüsal Məsimov, 23. Murad Vəliyev, 19. Fəxri Məmmədli, 89. Cəfər Muxtarov, 12. Maykl Tuik, 32. Vasiliye Radenoviç, 3. Vladislav Veremeyev
Baş məşqçi: Ayxan Abbasov