05 Noyabr 2024, 13:20
AVROPA LİQASI
“Qarabağ”ın UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turunda Norveçin “Bodo/Qlimt” klubu ilə keçirəcəyi səfər oyununun hakimləri açıqlanıb.
Matc.az xəbər verir ki, bu barədə AFFA-nın saytında məlumat yayılıb.
UEFA noyabrın 7-də Bodo şəhərində təşkil olunacaq görüşü Portuqaliyadan olan hakimlər briqadasına həvalə edib.
7 noyabr
21:45. “Bodo/Qlimt” - “Qarabağ”
“Aspmira” stadionu
Baş hakim: Luis Qodinyo
Baş hakimin köməkçiləri: Rui Teixeyra, Pedro Almeyda
Dördüncü hakim: Andre Narkiso
VAR hakimləri: Uqo Migel, Fabio Oliveyra Melo
Hakim-inspektor: Ante Vuçemiloviç (Xorvatiya)
UEFA nümayəndəsi: Tammo Beyshuyzen (Niderland)