"Mançester Siti" aparıcı futbolçularından olan Rahim Sterlinqi itirmək təhlükəsi ilə üzləşib. Matç.az-ın xarici mətbuata istinadən məlumatına görə, buna səbəb tərəflər arasında yeni müqavilə məsələsindəki danışıqların dayandırılmasıdı.

İngiltərə millisinin üzvü "Real"ın maraq dairəsindədi. "Kral klubu" yanvarda onun transferi üçün qarşı tərəfə təklif göndərməyə hazırlaşır. Yeni müqavilə ilə bağlı razılığın əldə olunmamasını da nəzərə alsaq, 24 yaşlı hücumameyilli oyunçu "Real"a keçə bilər.

üstəlik, müqavilə müddətinin sonuna az vaxt qaldığından bu keçid ispanlara 150 milyon funt-sterlinqdən ucuz başa gələ bilər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest