UEFA Konfrans Liqasında iştirak edəcək “Sabah” heyətinə yeni futbolçu qatıb. Matc.az xəbər verir ki, paytaxt təmsilçisi hücum xəttini gücləndirib.

Belə ki, slovakiyalı hücumçu Pavol Şafranko “bayquşlar”ın sıralarına cəlb olunub. 29 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.

Şafranko futbolçu karyerası ərzində Slovakiyanın “Tatran” (2013-2016), “Podbrezova” (2016), “DAC 1904” (2017-2018), Danimarkanın “Olborq” (2019), Şotlandiyanın “Dandi Yunayted” (2018/2019), Rumıniyanın “Şepşi” (2019-2021, 2022-2024) və CAR-ın “Sandauns” (2021-2022) klublarında oynayıb.

Qeyd edək ki, “Sabah” bunadək Coy-Lens Mikels, İvan Lepinitsa və Neqoş Kupusoviçi heyətinə qatıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest