“Bordo”nun hücumçusu Albert Elis kəllə-beyin travması səbəbindən xəstəxanaya yerləşdirildikdən bir ay sonra ölkəsi Hondurasa qayıdıb. Matc.az xəbər verir ki, 28 yaşlı forvardı indi reabilitasiya kursu gözləyir.

Futbolçu fevralın 24-də Liqa 2-nin XXVI turunda “Genqam”la matçda (1:0) top uğrunda mübarizə zamanı başından aldığı zərbədən qazona yıxılıb. Elis xəstəxanaya yerləşdirilərək süni komaya salınıb və dörd gün sonra komadan çıxarılıb.

Qeyd edək ki, Albert Elis cari mövsüm “Bordo”nun heyətində 21 oyunda 5 qol vurub, 2 məhsuldar ötürmə verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest