“Real”ın müdafiəçisi Eder Militaonun durumuna aydınlıq gəlib. Matc.az xəbər verir ki, braziliyalı futbolçunun yaşıl meydanlara dönmə tarixi müəyyənləşib.

Dizindəki çarpaz bağ yırtıldığı səbəbindən ötən ilin avqustundan bəri oyunlara çıxmayan 26 yaşlı arxa xətt oyunçusunun aprelin 13-də La Liqada “Malyorka”ya qarşı keçiriləcək görüşdə meydana çıxması gözlənilir.

Bu isə o deməkdi ki, Militao İspaniya La Liqasında “Atletik”lə oyunu və Çempionlar Liqasının 1/4 finalında “Mançester Siti” ilə ilk görüşü buraxacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest