Minifutbol üzrə Azərbaycan çempionatında XV tur başa çatıb. Matc.az xəbər verir ki, turun digər 4 görüşü keçirilib.

Bir gün əvvəl “Zirə” qələbə qazandığından, ən yaxın izləyicisi “Birbaşa Bakı” da buna məcbur idi. Son çempion “Veteran”ı böyük hesabla məğlub edərək, aktivinə növbəti 3 xalı yazdırıb.

15 turdan sonra “Zirə” 45 xalla turnir cədvəlinə başçılıq edirsə, ikinci sıradakı “Birbaşa Bakı” 39 xala malikdir.

Qeyd edək ki, bir gün əvvəl keçirilən oyunlarda “Odlar Yurdu” “Dinamo Gəncə”yə (8:4), “Zirə” “Atəşgah Suraxanı”ya (6:1), “Real Bakı” “Baku Fire”yə (6:2) qalib gəlib, “Sumqayıt”la “Dirçəliş” (2:2) bərabərə qalıblar.

Minifutbol çempionatı

XV tur

“Turan” – “Aznur” 0:8

“Galaxy Baku” – “Abşeron” 4:0

“Veteran” – “Birbaşa Bakı” 1:8

“İnter” – “Siyəzən” 6:4

Bununla ilk mərhələ başa çatıb. Turnir cədvəlində ilk səkkiz yeri tutan komandalar – “Zirə”, “Birbaşa Bakı”, “Odlar Yurdu”, “Real Bakı”, “Galaxy Baku”, “Abşeron”, “İnter” və “Aznur” mübarizəni pley-offda davam etdirəcəklər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest