Azərbaycan Premyer Liqasında XXVII tura start verilib. Matc.az xəbər verir ki, bununla III dövrənin son turu başlayıb.

İlk gündə turnir cədvəlində qonşu olan “Neftçi” ilə “Səbail” üz-üzə gəlib. Rəqibini 3 cavabsız qolla məğlub edən “ağ-qaralar” xallarının sayını 40-a çatdıraraq, turnir cədvəlində ikinci pilləyə yüksəlib. "Səbail" isə 37 xalla 5-ci yerdə qalıb.

Qeyd edək ki, tur çərçivəsində sabah “Zirə” – “Kəpəz” və “Araz-Naxçıvan” – “Qəbələ”, martın 17-də isə “Turan Tovuz” – “Qarabağ” və “Sumqayıt” – “Sabah” oyunları keçiriləcək.
 

Azərbaycan Premyer Liqası
XXVII tur
15 mart

19:00. “Neftçi” – “Səbail” - 3:0
Qollar:
Nir Bardea, 23 (avtoqol), Azər Salahlı, 27, Yeqor Boqomolski, 85
Bakı, “Neftçi Arena”. Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Kamranbəy Rəhimov

“Neftçi”: 93. Rza Cəfərov, 10. Filip Ozobiç, 14. Eddi İsrafilov (k), 3. Höccət Haqverdi, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 4. Mark Tamaş, 99. Ervin Koffi, 44. Yuri Matias, 11. Kilan Lebon, 77. Yeqor Boqomolski
Ehtiyat oyunçular: 1. İvan Brkiç, 95. Rəvan Kazımov, 8. Emin Mahmudov, 2. Qara Qarayev, 26. Ömər Buludov, 91. Ağadadaş Salyanskiy, 16. Lukas Melano, 22. Reziuan Mirzov, 6. Dieqo Valdez, 9. Andre Şinyaşiki, 20. Alfa Konte
Baş məşqçi: Miodraq Bojoviç
“Səbail”: 1. Səlahət Ağayev, 5. Adil Nağıyev (k), 74. Yusif Nəbiyev, 17. Rafael Məhərrəmli, 88. Valdemar Almeyda, 9. Aleksandr Ramalinqom, 27. Pedro Nuno, 55. Nir Bardea, 21. Anas Najah, 7. Madi Queta, 14. Suleyman Alluş
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 6. Cabir Əmirli, 15. Vüqar Həsənov, 8. Bahadur Həziyev, 18. Süleyman Əhmədov, 11. Rüfət Abdullazadə, 19. Samir Abdullayev, 4. Adi Mehremiç, 77. Ayub Masika, 3. Silvayin Deslandes, 44. Yadin Luqasi
Baş məşqçi: Şahin Diniyev

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest