“Neftçi” Premyer Liqanın XXV turunda “Qarabağ”la keçirilən oyundan sonra yaşanan azarkeş problemi ilə bağlı bəyanat yayıb. Matc.az xəbər verir ki, Bakı klubu fanatların saxlanılması ilə onların heç bir əlaqəsinin olmadığını bildirib.

Bəyanatda deyilir: “Qarabağ”la görüşdən sonra dörd azarkeş məğlubiyyətə etiraz etmək məqsədilə inzibati binanın ərazisində pirotexniki vasitələrdən istifadə edərək asayişi pozub. Bildirmək istərdik ki, baş verən hadisə ilə bağlı “Neftçi” heç bir şikayət bildirməyib. Hüquq-mühafizə orqanları qanunvericiliyin tələblərinə əsasən həmin şəxsləri məsuliyyətə cəlb edib”.

Qeyd edək ki, “Qarabağ” “Neftçi Arena”da keçirilən oyunda 4:1 hesablı qələbə qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest