Avropa Liqasının qrup mərhələsi çərçivəsində baş tutacaq "Qarabağ" – "Vorskla" oyununun bilet satışları davam edir. Matç.az saytının klubun feysbuk səhifəsinə istinadən məlumatına görə, biletləri bir neçə satış məntəqəsindən əldə etmək mümkündü.

 

Qarşılaşmanın keçirilməsinə hələ bir həftəyə yaxın vaxt qalmasına baxmayaraq, azarkeş marağı elə də az deyil. Belə ki, artıq 12 min bilet satılıb.

 

Qeyd edək ki, "Qarabağ" – "Vorskla" oyunu oktyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest