"Mən öz işimi maksimum yerinə yetirir, üzərimə düşən vəzifə alınmasa, özümü günahlandırıram. Çempionatın əvvəllərində bəxt üzündən xallar itirdik. Hər oyunda fərqli tapşırıqlar olur".

"Futbolçulara ciddi iradlarım yoxdu. Oyuna yaxşı hazırlaşmışdılar. Matçın əvvəllərində konsentrasiyanı itirdik və qol buraxdıq. Amma tezliklə bərabərlik qolunu vurduq. Sonlarda isə buraxdığımız səhv nəticəsində vurulan qol məğlubiyyətimizlə yekunlaşdı".

Matc.az xəbər verir ki, bunu "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov evdə "Qarabağ"a 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXIII tur matçından sonra mətbuat konfransında deyib.

Gənc mütəxəssis hücum xəttindəki Ceyms Adeniyi və Stiven Monrozun zəif təsir bağışlamaları ilə razılaşmayıb. Onun fikrincə, hər iki legioner verilən tapşırıqları yerinə yetirə bilib: "Əlbəttə, hər ikisi bundan yaxşı oynaya bilərlər. Amma sonda məğlub olmuşuqsa, deməli, bütün komanda uduzub".

Qurbanov öz işindən narazılığını da ifadə edib: "Mən öz işimi maksimum yerinə yetirirəm. üzərimə düşən vəzifə alınmasa, özümü günahlandırıram. çempionatın əvvəllərində bəxt üzündən xallar itirdik. Hər oyunda fərqli tapşırıqlar olur. "Sabah"la matçı çıxsaq, futbolçulara elə bir iradlarımız yoxdu".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest