"İki il əvvəl finala çıxmışdıq, indi yenə finaldayıq. Böyük klubu müəyyənləşdirən budur"

"Bir çox klublar bu turniri qazana bilmədikləri üçün öz ideyaları və layihələri ilə vidalaşdılar, bir çoxları isə qalib olduqlarına görə böyük klublara çevrildilər". Matc.az xəbər verir ki, bu sözləri "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola çempionlar Liqası barədə danışarkən deyib. 
 
Onun sözlərinə görə, "Mançester Siti" daha böyük klub olmaq yolunda həlledici addım atmaq istəyirsə, Avropada qalib gəlməlidir. 
 
"çempionlar Liqasını qazanmalıyıq, bu, qaçılmazdır. Amma ən əsası bu turnirdə, finalda oynamaqdır. İki il əvvəl finala çıxmışdıq, indi yenə finaldayıq. Böyük klubu müəyyənləşdirən budur. İldən-ilə çempionlar Liqasının sonrakı mərhələlərində mübarizə aparırsınız və kuboku qazanırsınız" – deyə, Qvardiola bildirib.
 
Qeyd edək ki, iyunun 10-da İstanbulda keçiriləcək çempionlar Liqasının finalında "Mançester Siti" "İnter"lə (İtaliya) qarşılacaq.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest