"Qarabağ" ümumilikdə son 36 ev qarşılaşmasında xal qazanmağı bacarmışdı. 828 günlük bu müddətdə 29 qələbə qazanan ağdamlılar 7 dəfə də heç-heçə ediblər. Bu da bölgə təmsilçisinin tarixində rekorddu.

"Qarabağ" bu mövsüm Premyer Liqada ilk dəfə evdə məğlub olub. Matc.az xəbər verir ki, bu, XXXV turda "Sumqayıt"la oyuna təsadüf edib.
 
Rəqibinə 1:2 hesabı ilə uduzan ağdamlıların 16 oyunluq uğurlu seriyası qırılıb. Qurban Qurbanovun yetirmələri bu müddətdə 12 qələbə, 4 heç-heçə ilə yadda qalıb. Premyer Liqanın çempionu sonuncu dəfə 2021-ci ilin fevralında yenilib. Komanda 2021-22 mövsümünün də 14 ev görüşündə uduzmayıb.
 
"Qarabağ" ümumilikdə son 36 ev qarşılaşmasında xal qazanmağı bacarmışdı. 828 günlük bu müddətdə 29 qələbə qazanan ağdamlılar 7 dəfə də heç-heçə ediblər. Bu da bölgə təmsilçisinin tarixində rekorddu.
 
Azərbaycan çempionatları tarixinin rekordu isə "Neftçi"dədi. Bakılılar ardıcıl 57 ev oyununda məğlub olmayıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest