"Şamaxı"nın baş məşqçisi Vüqar Əsgərli Premyer Liqanın 35-ci turunun "Qəbələ" ilə (0:0) matçını şərh edib.
 
Matc.az xəbər verir ki, o, oyundan sonra keçirilən mətbuat konfransında bunları söyləyib:
 
"Əks-hücumlarda oynamağa çalışırdıq. "Qəbələ"yə də xal lazım idi, ehtiyatlı oynadılar. Təəssüf ki, qalib gələ bilmədik. Amma futbolçularım əzmkarlıq nümayiş etdirdi. Hər şey son tura qaldı. "Səbail" haqda çox danışmaq olar. Son turlarda möhtəşəm oynayırlar. Yaxşı legionerləri, yerliləri var. Bizi finalda da çətin oyun gözləyir. Bu matçı unudub, sabahdan "Səbail"lə görüşə hazırlaşacağıq.
 
Bütün məşqçilər bir-birimizə söz vermişdik ki, sırf oyunumuza köklənək. Oyundan sonra mətbuat xidmətinin rəhbəri bəd xəbər verdi. Futboldur da. 
 
Düzdü, evdə oyunlarımız çox yaxşı alınırdı. Azarkeşlərimiz sağolsunlar, dəstək olurdular. İnanırıq ki, azarkeşlərimiz bizi "Bayıl Arena"da tək qoymayacaq. Finala bərabər oyuna çıxacağıq. İstəyərdik ki, yanımızda olsunlar".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest