"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 35-ci turunun "Sumqayıt"la qarşılaşmasından sonra (1:2) açıqlama verib. Matc.az xəbər verir ki, o, oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
"Samir Abasovu təbrik edirəm. Ona uğurlar arzulayıram. Uduzmaq istəməzdik. Futbolda belə hallar olur. Futbolçularım çox əziyyət çəkdilər. Həm oyun zamanı, həm də oyundan sonra bu hal yaşandı. Oyunçularıma iradım yoxdur.
 
Futbolçularımızı çox istəyirik. Şükürlər olsun ki, bu günə qədər hamının sevgisini qazanıblar. Hamımız onlara güvənirik. Məğlubiyyətsiz idman növü yoxdur. Daha da yaxşı hazırlaşacağıq.
 
çempionlar Liqasında mübarizə aparmaq üçün xırda detallar hələ qalıb. ümumiyyətlə, bu məsələ ilə bağlı hazırlıqlar görülür.
 
5 milyonluq futbolçu transfer etməklə bağlı xəbəri oxumamışam. Transferlərlə bağlı işlərimiz davam edir. Böyük məbləğdə oyunçu transfer etmək üçün axtarışlarımız davam edir".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest