Misli Premyer Liqasında XXXV turun təyinatları müəyyənləşib. Matc.az xəbər verir ki, bu gün keçiriləcək 4 oyunun hakimləri açıqlanıb.
 
çempion "Qarabağ"ın "Sumqayıt"la görüşünü Rəşad Əhmədov idarə edəcək. "Turan Tovuz"la "Səbail"in Tovuzdakı duelində Rəvan Həmzəzadə fit çalacaq.
 
"Qəbələ"nin "Şamaxı" ilə səfər qarşılaşmasında Fərid Hacıyev iş başında olacaq. Gümüş mükafatçı "Sabah"la 4-cü yerə iddia edən "Zirə"nin matçına isə İnqilab Məmmədov təyinat alıb.
 
Premyer Liqa
XXXV tur
22 may (bazar ertəsi)

16:30. "Turan Tovuz" – "Səbail"
Hakimlər: Rəvan Həmzəzadə, Rahil Ramazanov, Vüsal Məmmədov, Nicat İsmayıllı
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Məmmədəli Məmmmədov
Tovuz şəhər stadionu

16:30. "Şamaxı" – "Qəbələ"
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Rəhman İmami, Kamal Umudlu
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Elçin Məmmədov
Şamaxı şəhər stadionu

16:30. "Sabah" – "Zirə"
Hakimlər: İnqilab Məmmədov, Zeynal Zeynalov, Cavanşir Yusifov, Rauf Allahverdiyev
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Seymur Səlimli
"Bank Respublika Arena"

16:30. "Qarabağ" – "Sumqayıt"
Hakimlər: Rəşad Əhmədov, Şirmamed Mamedov, Teymur Teymurov, Əli Əliyev
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
"Azersun Arena"

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest