"Qəbələ" Misli Premyer Liqasının 32-ci turunda "Səbail"lə qarşılaşacaq. Matc.az xəbər verir ki, bu gün baş tutacaq oyun Qəbələ şəhər stadionunda keçiriləcək.
 
Bu matç "qırmızı-qaralar"ın tarixinə Premyer Liqadakı 500-cü oyun kimi düşəcək. Azərbaycan çempionatının yüksək dəstəsində 2006/07 mövsümündə debüt edən komanda indiyədək 499 görüşə çıxıb.
 
"Qəbələ" 17 mövsüm ərzində 195 qələbə qazanıb, 136 heç-heçə edib və 168 dəfə uduzub. Bu oyunlarda 607 qol vuran "Qəbələ" futbolçuları 561 qol buraxıb. "Qırmızı-qaralar" Premyer Liqada 721 xal toplayıb.
 
"Qəbələ" çempionatın tarixində 500 və daha çox oyun keçirən 7-ci komanda olacaq. Qəbələ şəhər stadionundakı matç 250-ci ev görüşüdür. Digər 250 matç səfərdə baş tutub.
 
Xatırladaq ki, "Qəbələ" Premyer Liqada ilk oyununu 2006-cl il avqustun 5-də keçirib. Həmin vaxt "Gilan" adlanan komanda "İnter"lə ev sınağında qolsuz heç-heçə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest