"Mançester Siti"nin hücumçusu Erlinq Haland klubun tarixinə düşüb. Matc.az xəbər verir ki, norveçli forvard cari mövsüm 42 qol vurmaqla buna nail olub.

"Mançester Siti"nin hücumçusu Erlinq Haland klubun tarixinə düşüb. Matc.az xəbər verir ki, norveçli forvard cari mövsüm 42 qol vurmaqla buna nail olub.
 
O, "şəhərlilər"in heyətində bir mövsüm ərzində 40 qol həddinə çatan ilk oyunçu ünvanına yiyələnib. Haland bununla təxminən bir əsrə yaxın rekordu yeniləyib.
 
"Mançester Siti"nin heyətində bir mövsümdə ən çox qol vuranlar:
 
1. Erlinq Haland (2022–23) – 42 qol
2. Tommi Conson (1928–29) – 38
3. Frankis Li (1971–72) – 35
4. Serxio Aquero (2016–17) – 33
5-10. Frank Roberts (1924–25) – 32
Deyv Hollidey (1931–32) – 32
Peter Doherti (1936–37) – 32
Aleks Harli (1962–63) – 32
Serxio Aquero (2014–15) – 32
Serxio Aquero (2018–19) – 32

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest