Misli Premyer Liqasında XXIII turun oyunları keçirilir. Matc.az xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutub.

Əvvəlcə "Qəbələ" doğma meydanda "Sumqayıt"la münasibətlərinə aydınlıq gətirib. üç qolun qeydə alındığı bu matç meydan sahiblərinin xeyrinə bitib.

Günün digər matçı isə "Neftçi" ilə "Səbail" arasında keçirilib. Bu oyunda da meydan sahibləri darmadağına seviniblər.

Xatırladaq ki, ilk oyun günündə baş tutan "Kəpəz" – "Şamaxı" matçında meydan sahibləri qalib gəliblər – 3:2. Tura sabah keçiriləcək "Zirə" – "Qarabağ" və "Sabah" - "Turan Tovuz" oyunları ilə yekun vurulacaq.

Misli Premyer Liqası
XXIII tur
18 fevral

"Qəbələ" – "Sumqayıt" 2:1
Qol: ü.İsgəndərov, 44. R.Utziq, 56 - İ.Alimi, 85-öz qapısına.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Şirmamed Mamedov, Emin Əliyev.
Qəbələ şəhər stadionu, 15:00.

Qəbələ: 1. Səlahət Ağayev, 11. Asif Məmmədov (k), 2. İlkin Qırtımov, 34. ürfan Abbasov, 27. Məqsəd İsayev, 14. ülvi İsgəndərov, 4. Ruan Renato, 5. İsnik Alimi, 23. Rafael Utziq, 97. Felipe Santos, 6. Feras Abu Akal.
Ehtiyat oyunçular: 36. Elməddin Sultanov, 28. Murad Musayev, 7. Rövlan Muradov, 33. Hüseyn Mürsəlov, 77. Emil Səfərov, 9. Əyyub Allaş, 17. Yaovi Akakpo, 10. Omar Hani, 8. Andrey Strijak.
Baş məşqçi: Elmar Baxşıyev.
Sumqayıt: 13. Aydın Bayramov, 3. Vurğun Hüseynov (k), 6. Vüqar Mustafayev, 14. Elvin Bədəlov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 9. Kərim Abubakar, 7. Terrens Tisdel, 23. Kamran Əliyev, 12. Todor Todoroski, 71. Masaki Murata.
Ehtiyat oyunçular: 25. İlnur Valiyev, 32. Murad Ağamalıyev, 24. Elşən Abdullayev, 10. Vüsal İsgəndərli, 18. Süleyman Əhmədov, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 5. Stiven Pereyra, 37. Alya Ture.
Baş məşqçi: Samir Abasov.

"Neftçi" – "Səbail" 3:0
Qol: K.Sayef, 8-pen. E.Mahmudov, 48-pen. M.Saldanya, 74.
Hakimlər: Kamranbəy Rəhimov, Eyyub İbrahimov, Rahil Ramazanov, Rauf Allahverdiyev.
"Bakcell Arena", 17:30.

Neftçi: 1. İvan Brkiç, 8. Emin Mahmudov (k), 3. Höccət Haqverdi, 19. Azər Salahlı, 7. Azər Əliyev, 6. Voyislav Stankoviç, 4. Solomon Kvirkveliya, 5. Kenni Sayef, 23. Ataa Caber, 22. Kilan Lebon, 9. Mateus Saldanya.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 14. Eddi İsrafilov, 26. ömər Buludov, 2. Mert çelik, 21. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli, 37. Elton Əlibəyli, 41. Samir Həsənov, 10. Sezar Meza Kolli, 18. Vato Arveladze, 77. Yeqor Boqomolski.
Baş məşqçi: Laurentsiu Regekampf.
Səbail: 1. Emil Balayev (k), 2. Adil Nağıyev, 6. Cabir Əmirli, 8. Elmir Tağıyev, 22. Samir Abdullayev, 11. Qoba Zakpa, 99. David Qomis, 30. Franko Mazurek, 5. Petro Stasyuk, 23. Qustavo de Fransa, 4. Maksim çex.
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 14. Rahid Əmirquliyev, 9. Mirabdulla Abbasov, 96. İlkin Muradov, 15. Vüqar Həsənov, 3. Turan Manafov, 17. Rafael Məhərrəmli, 55. Nihad Qurbanlı, 77. Ədilxan Qarəhmədov, 20. Mirəli Əhmədov, 27. Emil Martinov, 88. Matiya Lyuyiç.
Baş məşqçi: Şahin Diniyev.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest