Bu gün Misli Premyer Liqasında XXII tura yekun vurulub. Matc.az xəbər verir ki, sonuncu oyun günündə daha iki qarşılaşma baş tutub.

Əvvəlcə "Səbail" doğma meydanda "Zirə" ilə üz-üzə gəlib. "Dənizçilər" bu oyunda inamlı qələbəyə seviniblər.

"Sumqayıt" isə "Şamaxı"nı qəbul edəcək. Meydan sahibləri tək qolla 3 xal qazanıblar.

Xatırladaq ki, daha öncə "Qəbələ" - "Neftçi" (0:0) və "Qarabağ" - "Sabah" (1:1) matçlarında qalib müəyyənləşməyib. "Turan Tovuz" isə "Kəpəz"lə ev oyununda 2:0 hesablı qələbəyə sevinib.

Misli Premyer Liqası
XXII tur
12 fevral

"Səbail" – "Zirə" 2:0
Qol: D.Qomis, 48. M.Abbasov, 78.
Hakimlər: Rauf Cabarov, Cavanşir Yusifov, Rəhman İmami, Səbuhi Bayramov.
"ASCO Arena", 15:00.

Səbail: 1. Emil Balayev (k), 2. Adil Nağıyev, 6. Cabir Əmirli, 8. Elmir Tağıyev, 22. Samir Abdullayev, 11. Qoba Zakpa, 99. David Qomis, 30. Franko Mazurek, 5. Petro Stasyuk, 23. Qustavo de Fransa, 4. Maksim çex.
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 9. Mirabdulla Abbasov, 15. Vüqar Həsənov, 3. Turan Manafov, 17. Rafael Məhərrəmli, 55. Nihad Qurbanlı, 77. Ədilxan Qarəhmədov, 20. Mirəli Əhmədov, 27. Emil Martinov, 88. Matiya Lyuyiç.
Baş məşqçi: Şahin Diniyev.
Zirə: 41. Anar Nəzirov, 91. Coşqun Diniyev, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 2. Sertan Taşkın, 96. Donald Gerye, 9. Loris Broqno, 47. Məhəmməd Hamdaui, 23. Andriya Lukoviç, 14. Hamidu Keyta, 5. Moiz Adileu.
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 22. Nail Alışov, 77. Mirsayib Abbasov, 18. Slavik Alxasov, 21. Hacıağa Hacılı, 11. Rüstəm Əhmədzadə, 66. Pərviz Azadov, 38. Ramiz Səmədov, 70. İssa Cibrila, 17. Toni Qomes.
Baş məşqçi: Rəşad Sadıqov.

"Sumqayıt" - "Şamaxı" 1:0
Qol: K.Abubakar, 24.
Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Eyyub İbrahimov, Rövşən Rəcəbov.
"Sumqayıt Arena", 17:30.

Sumqayıt: 13. Aydın Bayramov, 6. Vüqar Mustafayev (k), 14. Elvin Bədəlov, 10. Vüsal İsgəndərli, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 9. Kərim Abubakar, 7. Terrens Tisdel, 23. Kamran Əliyev, 12. Todor Todoroski, 71. Masaki Murata.
Ehtiyat oyunçular: 25. İlnur Valiev, 32. Murad Ağamalıyev, 24. Elşən Abdullayev, 18. Süleyman Əhmədov, 11. Rüfət Abdullazadə, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 5. Stiven Pereyra, 37. Alya Ture.
Baş məşqçi: Samir Abasov.
Şamaxı: 1. Rəşad Əzizli (k), 9. Amil Yunanov, 27. İbrahim Aslanlı, 90. Əli Səmədov, 15. Emin Zamanov, 16. Fuad Bayramov, 70. Bahadur Həziyev, 5. Rəhman Daşdəmirov, 11. Kamran Quliyev, 83. Nihad Quliyev, 18. Cəlal Hüseynov.
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 12. Əkpər Vəliyev, 10. Elvin Məmmədov, 8. Kamal Mirzəyev, 17. Elçin Rəhimli, 2. Rauf Hüseynli, 22. Elçin Mustafayev, 21. Qurban Səfərov, 23. Rövşən Şahmuradov, 79. Emil Qasımov, 80. Zahid Mərdanov, 29. Ramin Əhmədov.
Baş məşqçi: Vüqar Əsgərli.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest