Misli Premyer Liqasında XXII turun oyunları keçirilir. Matc.az xəbər verir ki, bu gün daha iki görüş baş tutub.

Əvvəlcə "Turan Tovuz" qərb derbisində "Kəpəz"lə üz-üzə gəlib. Bu oyunda meydan sahibləri 2 cavabsız qolla qalib gəliblər. 

Günün digər matçı isə lider "Qarabağ"la əsas izləyicisi "Sabah" arasında keçirilib. Oyunda hesabı Ağdam təmsilçisi açsa da, qonaqlar bərabərlik qolunu vurmağı bacarıblar. Yekunda tərəflər meydanı hərəyə 1 xalla tərk ediblər.

Xatırladaq ki, ilk oyun günündə təşkil olunmuş "Qəbələ" - "Neftçi" matçı qolsuz yekunlaşıb. "Səbail" – "Zirə" və "Sumqayıt" – "Şamaxı" oyunları isə sabah keçiriləcək.

Misli Premyer Liqası
XXII tur
11 fevral

"Turan Tovuz" – "Kəpəz" 2:0
Qol: R.Eva, 45+4. X.Nəcəfov, 48.
Qırmızı vərəqə: O.Sadıqlı, 84.
Hakimlər: Cavid Cəlilov, Rahil Ramazanov, Müslüm Əliyev, Rəşad Əhmədov.
Tovuz şəhər stadionu, 14:00.

Turan Tovuz: 1. Tərlan Əhmədli, 3. Tərlan Quliyev, 4. Şəhriyar Əliyev (k), 7. Ehtiram Şahverdiyev, 10. Xəyal Nəcəfov, 55. Xulu Siyanda, 30. Piruzi Marakvelidze, 17. Natan Oduva, 25. Denis Marandiç, 19. Runi Eva, 11. Ayxan Quseynov.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 77. Cavid Tağıyev, 60. Səbayıl Bağırov, 39. Sadiq Quliyev, 8. Şakir Seyidov, 6. Turan Vəlizadə, 99. Veysəl Rzayev, 21. Abbas Ağazadə, 88. Faiq Hacıyev, 15. Vüsal Məsimov, 9. Belaydi Pusi, 23. Okebuqvu Henri.
Baş məşqçi: Ayxan Abbasov.
Kəpəz: 68. Orxan Sadıqlı, 74. Yusif Nəbiyev (k), 77. Fərid Nəbiyev, 2. Zamiq Əliyev, 3. Abdulla Rzayev, 40. Ahmed Ayzaya, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko, 7. Georgi Kantariya, 21. Martins Junior, 19. Abdullahi Şuaybu.
Ehtiyat oyunçular: 71. Mario Mustapiç, 25. Elgün Bayramov, 8. Tural Axundov, 80. Tural Rzayev, 70. Nicat Süleymanov, 14. Elçin Əlicanov, 5. İdris İnqilablı, 27. Samir Məhərrəmli, 97. Nicat Məmmədov, 20. Mahir Həsənov, 44. Nihat Fərəci.
Baş məşqçi: Tərlan Əhmədov.

"Qarabağ" – "Sabah" 1:1
Qol: M.Qurbanlı, 15 - B.Həsənalızadə, 75.
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Kamran Bayramov, Kamranbəy Rəhimov.
"Azersun Arena", 17:00.

Qarabağ: 89. Amin Ramazanov, 55. Bədavi Hüseynov (k), 77. Ramil Şeydayev, 44. Elvin Cəfərquliyev, 9. Musa Qurbanlı, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 81. Kevin Medina, 8. Marko Yankoviç, 6. Julio Romao, 15. Leandro Andrade.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 20. Riçard Almeyda, 5. Maksim Medvedev, 19. Filip Ozobiç, 2. Qara Qarayev, 4. Rahil Məmmədov, 18. İsmayıl İbrahimli, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 7. Yassin Benzya, 87. Adama Diakabi, 99. Redon Cica.
Baş məşqçi: Qurban Qurbanov.
Sabah: 12. Yusif İmanov, 14. Bəxtiyar Həsənalızadə, 4. Elvin Camalov (k), 10. Aleksey İsayev, 2. Amin Seydiyev, 15. Kristian da Silva, 13. Abdulaye Ba, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 18. Davit Volkov, 8. Aleksey Kaşuk.
Ehtiyat oyunçular: 94. Nicat Mehbalıyev, 16. Rüstəm Samiqullin, 77. Namik Ələskərov, 17. Tellur Mütəllimov, 9. Anatoli Nuriyev, 29. Ceyhun Nuriyev, 21. İldar Ələkbərov, 33. Camal Cəfərov, 22. Seymur Məmmədov, 11. Kristian Sebalyos, 3. Zurab Oçiqava, 99. Emmanuel Apeh.
Baş məşqçi: Murad Musayev.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest