"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Arsenal" itki ilə üzləşib. Matç.az saytının Britaniya mətbuatına istinadən məlumatına görə, müdafiəçi Sokratis Papastatopulos sıradan çıxıb.

O, Yunanıstan yığmasının heyətində zədə alıb. Belə ki, Millətlər Liqasının qrup mərhələsində Finlandiyaya məğlub olduqları (0:2) səfər matçının ilk hissəsində ayağından xəsarət alan Sokratis fasilədən sonra əvəzlənmək məcburiyyətində qalmışdı. Artıq klubunun düşərgəsinə qayıdan mərkəz müdafiəçisinin durumuna tibbi müayinədən sonra aydınlıq gələcək.

Qeyd edək ki, "Qarabağ"ın "Arsenal"a Bakıda 0:3 hesabı ilə uduzduğu görüşdə hesabı 4-cü dəqiqədə məhz Sokratis Papastatopulos açmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest