Peşəkar Futbol Liqası (PFL) ilə "Insports.tv" beynəlxalq şirkəti arasında münasibətlər rəsmiləşib. Matc.az xəbər verir ki, PFL tərəflər arasında əməkdaşlıq müqaviləsinin imzalandığını açıqlayıb.
 
Razılığa əsasən, cari mövsümün sonuna qədər Misli Premyer Liqası və Birinci Divizionun internet üzərindən yayımı yalnız "Insports.tv" saytı və tətbiqində mümkün olacaq.
 
Qeyd edək ki, "Insports.tv" "InStat" şirkətinin tərkibindədi və 2018-ci ildən fəaliyyət göstərir. Beynəlxalq şirkət müxtəlif ölkələrin futbol, futzal, reqbi və s. idman növlərinin çempionatlarını internet üzərindən canlı yayımlayır.
 
XƏYAL

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest