Bu gün Misli Premyer Liqasında 22-ci tura start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

"Qəbələ" doğma meydanda "Neftçi" ilə üz-üzə gəlib. Bu qarşılaşma qolsuz yekunlaşıb.

Turun "Turan Tovuz" – "Kəpəz" və "Qarabağ" – "Sabah" matçları sabah, "Səbail" – "Zirə" və "Sumqayıt" – "Şamaxı" oyunları isə 12 fevralda keçiriləcək.

Misli Premyer Liqası
XXII tur
10 fevral

"Qəbələ" – "Neftçi" 0:0
Hakimlər: Fərid Hacıyev, Akif Əliyev, Zöhrab Abbasov, Tural Qurbanov.
Qəbələ şəhər stadionu.

Qəbələ: 1. Səlahət Ağayev, 11. Asif Məmmədov (k), 2. İlkin Qırtımov, 34. ürfan Abbasov, 27. Məqsəd İsayev, 4. Ruan Renato, 5. İsnik Alimi, 23. Rafael Utziq, 97. Felipe Santos, 6. Feras Abu Akal, 10. Omar Hani.
Ehtiyat oyunçular: 36. Elməddin Sultanov, 28. Murad Musayev, 14. ülvi İsgəndərov, 7. Rövlan Muradov, 33. Hüseyn Mürsəlov, 77. Emil Səfərov, 91. Ramon Maçado, 17. Yaovi Akakpo, 8. Andrey Strijak.
Baş məşqçi: Elmar Baxşıyev.
Neftçi: 1. İvan Brkiç, 8. Emin Mahmudov (k), 3. Höccət Haqverdi, 19. Azər Salahlı, 7. Azər Əliyev, 6. Voyislav Stankoviç, 4. Solomon Kvirkveliya, 5. Kenni Sayef, 23. Ataa Caber, 22. Kilan Lebon, 9. Mateus Saldanya.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 26. ömər Buludov, 2. Mert çelik, 21. İsmayıl Zülfüqarlı, 37. Elton Əlibəyli, 41. Samir Həsənov, 78. Elcan Əbilov, 10. Sezar Meza Kolli, 18. Vato Arveladze, 77. Yeqor Boqomolski, 16. Gilyerme Pato.
Baş məşqçi: Laurentsiu Regekampf.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest