Türkiyədə baş verən zəlzələ futbol ictimaiyyətini də sarsıdıb. Matc.az xəbər verir ki, müxtəlif ölkə federasiyaları ilə yanaşı, Avropanın nəhəng klubları da faciəli hadisəyə biganə qalmayıb.
 
Təsadüfi deyil ki, "Real", "Barselona", "Valensiya", "Vilyareal", "Mançester Siti", "Ayaks", "Liverpul" başda olmaqla bir çox məşhur klub və onların ulduz futbolçuları Türkiyəyə dəstək mesajı yayımlayıb.
 
Eyni zamanda Azərbaycan klubları da qardaş ölkədə yaşananlarla bağlı Türkiyə xalqına başsağlığı verib. Hətta bəzi klublarımız yardım kampaniyalarında da iştirak edir.
 
XƏYAL
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest