Bu gün Azərbaycan Premyer Liqasında XVIII tura yekun vurulub. Matc.az xəbər verir ki, turun və 2022-ci ilin sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

"Zirə" doğma meydanda "Kəpəz"lə münasibətlərinə aydınlıq gətirib. Qırmızı vərəqə və qolla bol olan bu matçda qalib müəyyənləşməyib.

Xatırladaq ki, bu turda "Neftçi" "Şamaxı"ya (3:0), "Qarabağ" "Səbail"ə (3:0), "Sabah" isə "Sumqayıt"a (6:0) böyük hesabla qalib gəlib. "Qəbələ" - "Turan Tovuz" matçı da qolsuz başa çatıb - 0:0.

Misli Premyer Liqası
XVIII tur
25 dekabr

"Zirə" – "Kəpəz" 2:2
Qol: Rəhim Sadıxov, 11. Sərtan Taşkın, 90+8 - Fərid Nəbiyev, 22. Nicat Süleymanov, 41
Qırmızı vərəqə: Coşqun Diniyev, 18. Nemanya Andelkoviç, 22 - Elçin Əlicanov, 57. Georgi Kantariya, 90+1 (ikinci sarı); 
 M.Eqremlidze (oyundan sonra)
Hakimlər: Nicat İsmayıllı, Müslüm Əliyev, Zöhrab Abbasov, Fərid Hacıyev.
Zirə İdman Kompleksinin stadionu, 15:00.

Zirə: 1. Mehdi Cənnətov, 19. Təmkin Xəlilzadə, 91. Coşqun Diniyev, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 21. Hacıağa Hacılı, 9. Loris Broqno, 47. Məhəmməd Hamdaui, 14. Hamidu Keyta, 44. Dmitrios çantakias, 26. Nemanya Andelkoviç.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 22. Nail Alışov, 15. Ruslan Abışov, 77. Mirsayib Abbasov, 18. Slavik Alxasov, 8. İlkin Muradov, 2. Sertan Taşkın, 11. Rüstəm Əhmədzadə, 13. Ramin Əhmədov, 23. Andriya Lukoviç, 5. Moiz Adileu, 17. Toni Qomes.
Baş məşqçi: Rəşad Sadıqov.
Kəpəz: 68. Orxan Sadıqlı, 8. Tural Axundov (k), 74. Yusif Nəbiyev, 70. Nicat Süleymanov, 14. Elçin Əlicanov, 77. Fərid Nəbiyev, 40. Ahmed Ayzaya, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko, 7. Giorgi Kantariya, 19. Abdullahi Şuaybu.
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 80. Tural Rzayev, 27. Samir Məhərrəmli, 97. Nicat Məmmədov, 20. Mahir Həsənov, 44. Nihat Fərəci, 66. Arzu Atakişiyev, 24. Mixeil Erqemlidze.
Baş məşqçi: Tərlan Əhmədov.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest