Premyer Liqanın XVIII turu çərçivəsində baş tutan "Sumqayıt"la səfər oyunu "Sabah" üçün əlamətdar olub. Matc.az xəbər verir ki, "Kapital Bank Arena"da keçirilən görüşdə 6:0 hesabı ilə qalib gələn paytaxt təmsilçisi tarixinin ən böyük hesablı qələbəsini qazanıb.

Sözügedən komanda daha öncə bir neçə dəfə 5:0 hesablı qələbə qazansa da, ilk dəfə bir matçda 6 top fərqi ilə qalib gəlib.
 
Qeyd edək ki, bu matçda qollara Emmanuel Apeh, Aleksey Kaşuk, Coy-Lens Mikels, Elvin Camalov,  Anatoli Nuriyev və Davit Volkov imza atıblar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest